Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Struktur və əməkdaşlar

Qafarova Nargilə Məmmədiyar qızı

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Baş məsləhətçi (Qəbələ rayonu üzrə)

Nargilə Qafarova 1963-cü il avqust ayının 6-da Qəbələ rayon Aydınqışlaq kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Qəbələ rayon Aydınqışlaq kənd orta məktəbində oxumuşdur. 1980-cı ildə Bakı Mədəni-Maarif məktəbinə daxil olmuşdur. 1982-1983-cü illərdə Qəbələ rayon Zarağan kənd klubunda bədii rəhbər işləmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakultəsinə daxil olmuş, 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə Qəbələ rayon Mədəniyyət evində bədii rəhbər, 1989-1992-ci illərdə Qəbələ rayon Gənclər İttifaqında katib, 1992-2000-ci illərdə Qəbələ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2000-2003-cü illərdə Qəbələ rayon Böyük Pirəlli kənd inzibati ərazi üzrə nümayəndəliyində müavin, 2003-2004-cü illərdə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor, 2004-2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində Qəbələ rayonu üzrə Baş məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.  

Telefon: 050-677-84-10