Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Struktur və əməkdaşlar

Şeydazadə Cavanşir Kazım oğlu

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Baş məsləhətçi (Ağsu rayonu üzrə)

 Cavanşir  Şeydazadə 1960-cı ildə  yanvar ayının 11- də Ağsu rayonunda  anadan olmuşdur. 1967-1977-ci illərdə Ağsu şəhər internat orta məktəbində oxumuşdur. 1972-1977-ci illərdə Ağsu rayon Uşaq Musiqi məktəbini tar-ixtisası üzrə bitirmişdir. 1977-78-ci tədris ilində 118 saylı Ağsu rayon texniki peşə məktəbində təhsil almış və eyni zamanda pionerlər evində tar-ixtisası üzrə müəllim işləmişdir. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1982-ci illərdə Ağsu rayon Mədəniyyət  Evində  dram  dərnəyinin rəhbəri, 1982-ci ildən  Ağsu  rayon  Mədəniyyət  Evində bədii-rəhbər vəzifəsində işləmişdir. 1982-1987-ci illərdə  M.A.Əliyev adına  Azərbaycan Dövlət İncəsənət İnstitutunda qiyabi təhsil almış, həmin İnstitutu mədəni-maarif  işçisi, özfəaliyyət  teatr kollektivinə rəhbər  ixtisası  üzrə bitirmişdir. 1982-2006-ci illərdə Ağsu rayon Uşaq Musiqi  məktəbində ixtisas-tar müəllimi, 2006-2010-cu illərdə direktor, 2010-2011-ci illərdə ixtisas-tar müəllimi, 2011-2014-cü illərdə direktor, 2014-2016-cı illərdə  Ağsu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən  İsmayıllı Regional  Mədəniyyət və Turizm İdarəsində Ağsu rayonu üzrə baş məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var

Telefon: 050-377-44-21

E-poçt: agsumks@gmail.com

Qəbul günləri: çərşənbə axşamı-cümə axşamı saat 10:00-13:00