Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Abbasov Azər Eyvaz oğlu

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Rəis müavini

Azər Abbasov  1965-ci il aprel ayının 19-da İsmayıllı rayon Kürdmaşı kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə İsmayıllı rayon Kürdmaşı kənd orta məktəbində oxumuşdur. 1982-88-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Filologiya fakultəsini bitirmişdir.1983-85-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-90-cı illərdə İsmayıllı rayon Uştalqışlaq kənd əsas məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-94-cü illərdə Kürdmaşı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi,1994-96-cı illərdə tədris işləri üzrə direktor müavini,1996-2002-ci illərdə həmin məktəbin direktoru, 2002-2009-cu illərdə İsmayıllı Rayon Təhsil şöbəsində müdir müavini,2009-2016-cı illərdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, 2017-ci ilin yanvar ayından oktyabr ayına kimi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində baş məsləhətçi vəzifəsində işləmişdir. 03 oktyabr 2017-ci il tarixdən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.  

Telefon: 055-821-81-38

E-poçt: azer.abbasov65@mail.ru

Qəbul günləri: çərşənbə axşamı saat 10:00-13:00