Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Hüseynov Elnur Əyyub oğlu

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Rəis

Elnur Hüseynov 1965-ci il oktyabr ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1972-1981- ci  illərdə  Bakı şəhər 7 saylı orta  məktəbdə oxumuşdur. 1981-1984-c illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır.  1984-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət  İncəsənət Universitetinə daxil olmuşdur. 1984-1986-cı  illərdə hərbi xidmətdə olmuşdur. 1986-ci ildən təhsilini davam etdirmiş, 1992-ci ildə rəssam-rəngkar ixtisası üzrə Universiteti bitirmişdir. 1992-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası Kollecində ) müəllim kimi fəaliyyətə başlımışdır.  2001-2003-cü illərdə Xızı rayon İcra Hakimiyyəti  başçısı aparatının Tikinti və memarlıq  şöbəsinin müdiri, rayon Mədəniyyət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2004-2012-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Regionlarla İş Sektorunda çalışmış,  2012-2016- ci illərdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru işləmişdir. 2017-ci ilin yanvar ayının 5-dən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür Ailəlidir, iki övladı var.

Telefon: 050-207-79-80

E-poçt: elnur65@rambler.ru

Qəbul günləri: çərşənbə saat 10:00-13:00