Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Nəcəfov Elçin Emil oğlu

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Rəis

Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Elçin Emil oğlu Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.   Elçin Nəcəfov 24 yanvar 1974-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “İdarəetmə” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə Bakı şəhər İcra Hakimiyyəti yanında Elmi-tədqiqat və layihə İnstitutunda başlayıb. E.Nəcəfov son təyinatadək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Türkiyə, Rusiya, ÇİN, Mərakeş Krallığı, Cənubi Koreya, Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Qırğız Respublikası və digər xarici ölkələrdə keçirilmiş müxtəlif  tədbirlərdə iştirak edib. Elçin Nəcəfov 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 2016-cı ildə isə Fövqəladə Hallar Nazirinin əmri ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Telefon: 0202854304