Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Şamaxı şəhəri
Şamaxı rayonu Şirvanın özəyi sayılır. Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhri idi. Burada aparılmış arxeoloci qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar cöstərnir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Qədim yunan tarixçəsi Ptolomey Qafqaz Aibaniyasının şəhərləri sırasında Şmaxının da adını çəkir. Şamaxını bağları və ipək parçaları qədimdən məşhurdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı. Şamaxı şəhərinin yarandığı vaxtdan keçən əsrlər boyu onun adı dəfələrlə dəyişmişdir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mənbələrdə bu diyarın adı Şirvan, Sarvan, Xairvan, Əşşmax, Şax-max, Şamux və başqa şəkillərdə göstərilir. Bu fərziyyəyə görə Şamaxı adı «şah» (böyük) və «max» (şəhər) sözlərindən əmələ gəlmişdir. Başqa bir fərziyyəyə görə, «şam» sözü - Dəməşq şəhərinin ərəbcə adı, «axı» (əxi) isə «oxşar», «bənzər» deməkdir. Buraya köçüb gəlmiş suriyalılar Şamaxının gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər. Şamaxı rayonu ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur. Astma və başqa ağır xəstəliklərdən əziyyət çəkən adamlar Məlhəmə gələrək bir neçə həftə bu mağarada yaşadıqdan sonra xəstəlikdən xilas olurdular. XII əsrdə yaşamış məşhur şair Əfzələddin Xaqani bu kiçik kənddə dünyaya göz açmışdır. Qədim Azərbaycan şəhrləri arasında Şamaxı xüsusi yer tutur, onun başı çox bəlalar çəkib. Bu şəhər dəfələrlə yadelli işğalçıların başaqlarına məruz qalmış, nəticədə nəinki mədəniyyət abidələri, hətta qədim mütəfəkkirlərin yaradıcılığının qiyməti məhsulları da məhv olmuşdur. Bir vaxt Şamaxıda olmuş Aleksandr Duma bədbinliklə yazırdı: «Şamaxı heç vaxt bu gündən sabaha slamat çıxacağını söyləyə bilməyəcək». Lakin şamaxılılar hər dəfə bu şəhəri xarabalıqlar və küllüklər içindən dirçəltmək üçün həmişə özlərində qüvvə tapırdılar. Şamaxının ad çəkiləndə məşhur xalçalardan başlamış, Puşkin «Şamaxı şahzadəsi»nə qədər müxtəlif assosiasiyalar yaranır. Məşhur rus səyyahı, Tverli tacir Afanasi Nikitin «üç dəniz arxasına» səyahətə çıxarkən burada daolmuşdur. Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaztlardan insanlar cəlb edirdi. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, minqeral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox adda dərman bitkiləri yetişir. Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qaranlığı 30-50 sm-dir. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Qaraçay, Vələvliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür. Şamaxı Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Zeynalabdin Şirvani, Hamidi Şirvani, Fələki Şirvani, Məhəmməd Hadi, İmadəddin Nəsimi, Hacı Zeynalabdin Şirvani, Əzim Əzimzadə və başqa istedadlı söz və fırça ustalarının, dahi mütəfəkkirlrin və memarların vətənidir. Şamaxı həm də Azərbaycanın ən iri üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhurdur. Şamaxının məşhur süfrə və desert şərabları beynəlxalq sərgilərdə çoxsaylı medallara və diplomlara layiq görülmüşdür. Şamaxı şəhrindən 12 km şimal-şərqdə. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Pirquluda qışda dağ-xizək idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzəntiyə çıxmaq mümkündür. El arasında «Qırxbulaq» deyilən, saf sulu bulaqları ilə məşhur olan mənzərəli yer də çox məşhurdur. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır. Şamaxı yolunun düzənliyə çıxdığı hissəsində yerləşən kiçik Cəngi qəsəbəsində turistlər məşhur «Şirvan», «Qobustan», «Şamaxı», «İsrafil», «Ərciman» xalçalarını toxuyan mahir ustalarla tanış ola bilərlər. Bu yerlərdə yaşayan çobanlarını ailələri milli naxışlarla bəzədilmiş al-əlvan yun corablar toxuyurlar. Şamaxıdan 10 km aralıda, Pirsaat çayının sağ sahilində, dəniz səviyyəsindən 850 metr yüksəklikdə Çuxuryurd adi böyük bir qəsəbə yerləşir. Burada vaxtilə Rusiyadan köçüb gəlmiş malakanların nəsli yaşayır. Çuxuryurdun kartofu, kələmi, günəbaxan yağı çox məşhurdur. Burada yetişən alma, armud, gavalı və şaftalı dağ balı çox həvəslə alınır. Qəsəbənin ətrafındakı təpələrdən baxanda Babadağ, Tufandağ və Bazardüzü kükürdlü su bulaqları var. Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloci və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxanı kəndindəki İmamzadə piri, XVIIəsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və s. XIV əsrdə tikilmiş, yuraltı hamamı olan karvansara kompleksi də böyük marağa səbəb olur. Çuxuryuddan 9 km aralıda Qala-buqurt adlı dağ kəndi yerləşir. Bu kəndin ətrafında sanki sal qayaya bitişik olan əfsanəvi Qala-buqurt istehkamının (XV-XVI əsrlər) xarabalıqları qalmışdır. XIII əsrdə Şirvanşah Şharux hücum etmiş farslardan burada müdafiə olunmuşdur. Qalanın içərisində şahin sarayı vardır. Qala mükəmməl su təchizatı sisteminə malik idi. İstehkam səddinə tağ şəkilli gizli yolla gətirilən suyu saxlamaq üçün daşdan tikilmiş hovuzlar, su qülləsi və su kəməri vardır. Gülüstan qalasının xarabalıqları Şamaxının yaxınlığındadır. Şirvan hökmdarlarından biri olmuş Mustafa xanın sarayının qala divarlarının qalıqları Fit dağında ucalır. Şirvan xanlarının uyuduğu Yeddi Qümbəz məqbərəsi (XVIII-XIX əsrlər) yaxşı vəziyyətdə qalmışdır. Ən qədim abidələrdən biri də Xınıslı kəndində daşdan yonulmuş qadın heykəlidir. Üç rayonun - Şamaxı, Dəvəçi rayonlarının qovuşduğu yerdə meşəli dağın zirvəsində qədim Şərgah şəhərinin xarabalıqları var. Harada qalmaq olar Mehmanxana rayon mərkəzində yerləşir. Tel. 9 23 07 Pirqulu qəsəbəsində yerləşən «Fortuna» turist bazasında istirahət üçün hər cür şərait yaradılmışdır. Harada nahar etmək olar Öz qonaqpərvərliyi və geniş çeşidli ləziz xörəkləri ilə tanınmış restoranlar: «Dostluq» Tel. 9 15 72, «Pirqulu»Tel. 9 47 76. Bakı - Qazax şossesindəki yolüstü restoranlar: «Turist» Tel. 9 36 78, «Şirvangöl» Tel. 9 43 01, «Məlhəm» Tel. 9 21 80, «Qaya» Tel. 9 28 31 qonaqlara müxtəlif yeməklər təklif edir.